Yusuf Barası “Paşa” olub

Bölmə: İdman › ,
Tarix: 18:48 11.07.2025

Ötən mövsüm “Adana Demirspor” formasını geyinən Yusuf Barası 2025–26 mövsümünün yay transfer dövründə heyətini gücləndirmək istəyən “Kasımpaşa”ya transfer olunub.

 

“Trendyol Süper Lig” təmsilçisi “Kasımpaşa" Yusuf Barası-nı heyətinə qatdığını açıqlayıb.

 

Göy-ağlı klubun rəsmi saytında yayımlanan açıqlamada deyilir: “Yusuf Barası keçirdiyi tibbi müayinələrdən sonra Turgay Ciner İdman Bazamızda təşkil edilən imza mərasimində özünü 3 illiyinə ‘Kasımpaşa’mıza bağlayan müqaviləyə imza atıb".

 

22 yaşlı hücumçu 3 il ərzində “Kasımpaşa” formasını geyinəcək.

 

Yusuf Barası ötən mövsüm “Adana Demirspor” forması ilə çıxdığı 31 oyunda 8 qol vurub, 2 də assist edib.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə