Laçın MDB ölkələrinin mədəniyyət paytaxtı müstəvisində-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 08:26 11.10.2024

Ötən günlərdə Moskvada MDB ölkələrinin prezidentinin iclası keçirilib. Laçın şəhəri MDB ölkələrinin mədəniyyət paytaxtı seçilib.

Bu barədə "İnformator.az"a müsahibəsində siyasi analitik Kazım Kazımov qeyd edib ki, Laçının MDB dövlətlərinin mədəniyyət paytaxtı seçilməsi Aəzrbaycanda gördüyü infrastruktur layihələrdən qaynaqlanır:

"Çünki Laçın şəhəri işğaldan azad edildikdən sonra uğurlu şəkildə bərpa edilir. Bu gün Laçının mədəniyyət paytaxtı seçilməsi onu göstərir ki, biz 30 il ərzində işğalda qalmış, dağılmış şəhəri yenidən bərpa edirik. Laçının gözəl təbiətə malik olmasıda burda əhəmiyyətli rol oynayır. Digər tərəfdən bu, Azərbaycanın MDB dövlətləri arasında siyasi nüfuzundanda xəbər verir. MDB ölkələri arasında mədəniyyət paytaxtı olaraq Laçının seçilməsi Azərbaycanın siyasi uğurlarından biridir".

Fidan Fərhadlı