Psixoloji pozuntudur yoxsa hormonal disbalans?-Psixoloqdan açıqlama

Bölmə: Sosial › ,
Tarix: 11:02 28.10.2024

Son dövrlərdə cinsiyyət dəyişdirməyə meyilli olan insanların sayı artır. Bəs, cəniyyətin psixologiyasının bu qədər dəyişməsində hansı səbəblər dayanır?

 

Bu barədə psixoloq Samirə Bağırova "İnformator.az"a açıqlamasında bildirib ki, cinsiyyət dəyişməyə maraq çox hallarda psixoloji pozuntu, bəzi hallarda hormonal disbalans səbəbindən baş verə bilir:

 

"Məsələn, kişi cinsiyyəti ilə doğulan oğlan uşağında, zamanla cinsiyyəti inkişafdan qalmış olur. Amma əslində burada da bir az dərinə baş vursaq sağlam olmayan ailə modelinə rast gələcəyik ki, uşağın inkişafında, ya sağlamlığında elə də böyük rolları olmayıb. Ümumiyyətlə istər homoseksuallar olsun, istərsə də transeksuallar, cinsiyyətini dəyişənlər olsun, onların ailə təməlinə nəzər salanda ya natamam, ya soyuqqanlı, vecsiz, ya şiddət göstərən, ya hər iki valideynin, ya da valideynlərdən birinin sağlam psixikaya sahib olmadığını görmək olur.

 

 Digər səbəblərdən biri də valideyn cahilliyidir ki, oğlan uşağı və ya qız uşağı ilə necə rəftar edəcəyini, tərbiyə etməyi bacarmır".

 

Psixoloq  cinsiyyət dəyişmənin fəsadlarından da söz açıb:

 

"Fəsadlar o ola bilər ki, yeni nəsil mutasiyaya uğrayacaq. Belə ki, hələ illər öncə Almaniyada bu əməliyyatı edən Bülent Ersoyu bu səbəbdən uzun illər Türkiyəyə dönməsinə icazə verilmirdi. Sonunda icazə verildiyi halda cinsiyyət dəyişənlərin sayı sürətlə artmağa başladı. Biz də də eynisi. Bütün alimlər ölkə, dünya rifahı üçün çalışmır. Yalnız pulu düşünərək yaşayan həkimlər, alimlər var ki, insanların psixikasına müxtəlif üsullarla, təhsil, sosial şəbəkə, hətta kitablar vasitəsilə təsir etmə yollarını tapırlar ki, təki pulu gəlsin. Boşanmaların sayının artması da səbəbsiz deyil. Natamam ailənin uşağına təsir etmək, daha asandır. İstənilən məqsəd üçün istifadəsi oğurlanması, orqan alveri, cinsiyyət dəyişdirilməsi, oğlanbazlıq, dilənçilik və sairə üçün boşanma halları əlverişli şərait yaradır. Ölkəmizdə hələ ki  cinsiyyət dəyişdirilmə əməliyyatı olmasa da, yetəri qədər süni əməlliyyat edən məşhur klinikalar və həkimlər mövcuddur. Xəstənin əməliyyata ehtiyacı olmadığı təqdirdə, yalandan diaqnoz təyin edib əməliyyat edənlər olduqca çoxdur. Məşhur və bahalı klinikaların bu sahədə öz qruplaşmaları var ki, lazımi yerlərə rüşvətlərini ödəyirlər və sübutu da mümkün deyil".

 

Çinarə Tarverdiyeva