Fransız kino ulduzu Depardyenin cinsi zorakılığa görə məhkəməsi mart ayına qədər təxirə salınıb
Bölmə: Dünya › ,Tarix: 22:30 28.10.2024
Parisdəki cinayət məhkəməsi bazar ertəsi fransalı aktyor Jerar Depardyenin cinsi zorakılığa görə məhkəməsinin səhhətinə görə təxirə salınmasına qərar verib və prosesin başlanmasını gələn ilin mart ayına keçirib.
Depardye 2021-ci ildə film çəkilişləri zamanı iki qadına cinsi təcavüzdə ittiham olunur, lakin hər hansı bir qanun pozuntusunu rədd edir.
Fransalı aktyor Jerar Depardyenin bazar ertəsi məşhurun iştirakı olmadan cinsi təcavüz ittihamı ilə açılan məhkəməsi 2025-ci ilin martına qədər dayandırılıb, Paris məhkəməsi bildirib.
Onun vəkili Jeremie Assous daha əvvəl demişdi ki, 75 yaşlı Depardye səhhətindən “çox təsirlənib” və o, şəxsən iştirak edə bilənə qədər prosesin təxirə salınmasını istəyib.
Aktyor, 2017-ci ildə ABŞ prodüseri Harvi Vaynşteynə qarşı ittihamlarla başlayan #MeToo hərəkatının fransız kino versiyasında ittihamlarla üzləşən ən yüksək profilli fiqurdur.
75 yaşlı Depardyenin Parisdə saat 13:30-da (GMT 12:30) başlayan cinayət məhkəməsi iclasında iştirak edəcəyi gözlənilirdi.
Lakin starta bir neçə saat qalmış Assous aktyorun iştirak edə bilməyəcəyini söylədi.
"Gérard Depardieu son dərəcə təsirləndi və təəssüf ki, həkimləri onun məhkəmədə iştirakını qadağan etdi, buna görə də o, iştirak edə bilməsi üçün daha sonrakı bir tarixə təxirə salınmasını istəyəcək" Assous Franceinfo-ya dedi.
Depardye 2021-ci ildə film çəkilişi zamanı baş verdiyi iddia edilən sui-istifadə ittihamı ilə üzləşir. Onu ittiham edən iki qadının adı açıqlanmayıb.
İddiaçılardan biri, hal-hazırda 55 yaşlı dəftərxanaçı, fevral ayında Parisdəki şəxsi evdə rejissor Jan Bekkerin "Les Volet Verts" ("Yaşıl Panjurlar") filmini çəkərkən cinsi təcavüzə və seksist təhqirlərə məruz qaldığını bildirdi.
İddiaçının vəkili Carine Durrieu-Diebolt AFP-yə deyib: "Mən ədliyyə sisteminin hamı üçün eyni olmasını və müsyö Depardyenin sənətkar olduğuna görə xüsusi rəftar görməməsini gözləyirəm" dedi.
Assous deyib ki, Depardyenin müdafiəsi "sadəcə saxta ittihamlarla hədəf alındığını göstərən şahidlər və sübutlar" təqdim edəcək.
O, iddiaçını 30 000 avro (32 500 ABŞ dolları) təzminat tələb etməklə "pul qazanmaq" cəhdində ittiham edib.
Mənbə: France24
Zəhra Məmmədova