Avropa İttifaqının ən böyük qorxusu: Tramp hakimiyyətə gələcək?

Bölmə: Dünya › ,
Tarix: 14:42 30.10.2024

ABŞ prezident seçkilərində Donald Trampın qalib gəlməsi və Ukraynaya yardımı kəsməsi Avropa İttifaqının ən böyük qorxusudur.

ABŞ-dakı seçkilərin nəticəsini həyəcanla gözləmək Avropa İttifaqı üçün az deyil. Seçkilər təkcə ticarət axınları, sənaye subsidiyaları və rəqəmsal nəzarət məsələlərinə deyil, Rusiya-Ukrayna müharibəsinə də böyük təsir göstərə bilər. Hətta kiçik bir dəstək dəyişməsi belə döyüş meydanında böyük dəyişikliklərə səbəb ola bilər.

AB liderlərinin narahatlığı Trampın Ukraynaya yardım mövzusundakı açıqlamalarından qaynaqlanır. Respublikaçı namizəd Tramp, ABŞ-ın Ukraynaya yardımı ilə bağlı narazılığını gizlətməyib və əvvəlcə bu yardımların borc şəklində strukturlaşdırılmasını təklif edib. Truth Social platformasında "Amerika artıq geri ödəmə umudu olmadan pul verməməlidir" deyə bildirib.

İyunda keçirilən mitinqdə Tramp, Ukrayna Prezidenti Volodimir Zelenskinin "bəlkə də tarixdəki ən yaxşı satıcı" olduğunu qeyd edib və hər dəfə ABŞ-a gəldikdən sonra əlavə yardımlar istədiyini vurğulayıb. Tramp “Bunu prezident seçildikdən əvvəl həll edəcəyəm” deyə əlavə edib.

İyul ayında Tramp Macarıstanın Baş Naziri Viktor Orbanla Ukrayna mövzusunda görüşüb. Orbán, Trampın Ukrayna-Rusiya müharibəsində bir qəpik belə verməyəcəyini və ABŞ yardımlarının dayandırılması ilə müharibənin sona çatacağını bildirib. Bu dəyişiklik Brüsseli narahat edir, çünki ABŞ-ın dəstəyi olmadan Ukraynanın müharibəni davam etdirməsi çətin olacaq.

Mənbə: Euronews English
Mahmud Əskərli