Filippin Çin səfirini sanksiyalara görə çağırıb

Tarix: 12:22 08.07.2025
Filippinin Xarici İşlər Nazirliyi keçmiş senator Frensis Tolentinoya qarşı sanksiyalarla bağlı Çinin Maniladakı səfirini çağırıb. Tolentinoya materik Çin, Honq Konq və Makao ərazisinə giriş qadağan edilib. Pekin onun Çin-Filippin münasibətlərinə zərər vuran davranışlar sərgilədiyini əsas gətirib.
Filippin Prezident Administrasiyasının sözçüsü Kler Kastro bu addımı iki suveren dövlət arasında hörmət və dialoqa zidd hesab etdiklərini bildirib. Nazirlik Çin səfiri Huang Xilian-ın cümə günü XİN-ə dəvət olunduğunu açıqlayıb.
Pekin bir neçə filippinli siyasətçini münasibətlərə zərər vuran ifadə və hərəkətlərə görə tənqid edib. Çin və Filippin arasında gərginlik Cənubi Çin dənizindəki mübahisələr səbəbilə artıb. 2016-cı ildə beynəlxalq tribunal Pekinin iddialarının hüquqi əsasının olmadığını açıqlayıb, Çin bu qərarı qəbul etməyib.
Mənbə: Reuters
Qəmər Kazımzadə