Təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti - hüquqi əsası varmı ?
Bölmə: Sosial › ,Tarix: 21:34 21.11.2024
"Neçə ildir ki, Azərbaycan Ali Təhsil müəssisələri və onların bir çoxu publik hüquqi şəxs statusunda çıxış edirlər. Bu, özünü maliyyələşdirmə prinsipinin həyata keçirilməsi deməkdir. Publik hüquqi şəxs odur ki, o, dövlət büdcəsindən müəyyən vəsait almaqla, yanaşı həm də, özünü müstəqil maliyyələşdirməyə ,özünün hesabına pul qazanmaq hüququna malikdir".
Bu sözləri Təhsil Eksperti Elmin Nurizadə "İnformator.az"a açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, belə bir təklif edilmişdi ki, bütün orta ümumi təhsil müəssisələri də, publik hüquqi şəxsə çevrilsin:
"Bu, təbii ki, inandırıcı deyil. Elm və Təhsil Nazirliyi Emin Əmrullayevin sözlərinə görə də , bizdə elə məktəblər var ki, onlarda, uşaq sayı heç 100 deyil. Bizim bütün məktəbləri hüquqi publik şəxs adlandırmağımız mümkün deyil".
Təhsil Ekspertinin sözlərinə görə, məktəblərin idman zalını, hər hansısa bir icarəyə veriləsi yerlərini bu məqsədlə istifadə olunmasında mənfi bir şey görmürəm:
" Oradan gələn gəlir məktəbin daxili fonduna yatırılmalı, fond məktəbdə maliyyə tələb edən işlərə xərclənməsinə gətirib çıxarmalıdır. Bunların olması, pis deyil. Bu, tam leqal şəkildə, həyata keçirilməli, obyektiv şəkildə olmalı, tədris prosesinə mane olmamalı, əksinə, onu dəstəkləməli, həmin vəsait məktəbə, onun ehtiyacı, sosial durumu zəif olan uşaqlara sərf olunmalıdır".
Nigar Səmədli