Azərbaycanın voleybol millisi Gürcüstana qalib gəlib

Bölmə: İdman › ,
Tarix: 20:43 07.06.2025

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki , yığma Gürcüstan kollektivi ilə üz-üzə gəlib.

 

İsveçdə təşkil olunan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda ötən gün İsveçə uduzub - 0:3.