Saç kremindən istifadə edərkən diqqətli olun! Yaxşıdan çox zərər verir..

Bölmə: Maraqlı › ,
Tarix: 22:53 27.11.2024

Kondisioner xüsusilə quru və qıvrım saçların ən böyük xilaskarı kimi görünsə də, yanlış istifadə edildikdə saç sağlamlığına mənfi təsir göstərə bilər.

 

Gündəlik saç baxımının vazkeçilməz hissəsi olan bu məhsulların şüursuz istifadəsi saç tellərini zəiflədə və baş dərisində problemlər yarada bilər.

 

Kondisionerlər adətən saçları yumşaq və parlaq edir. Ancaq bu məhsulların saç köklərinə tətbiqi baş dərisindəki məsamələrin tıxanmasına səbəb ola bilər. Bu, saç tökülməsini və kəpəyi artıra bilər.

 

İntensiv formullara malik saç kondisionerləri nazik saçları ağırlaşdıra və saçların həcmini itirməsinə səbəb ola bilər. Bu, xüsusilə nazik və düz saçlı insanlar üçün ümumi bir problemdir.

 

Bəzi kondisionerlər tərkibindəki kimyəvi maddələrə görə uzun müddətdə saç quruluşuna zərər verə bilər.

 

Sulfatlar, silikonlar və parabenlər kimi maddələr saçın təbii nəm balansını poza bilər və saç tellərinin qırılmasına səbəb ola bilər.

 

Kondisionerin tez-tez və çox miqdarda istifadəsi saçların zamanla yağlı və ağır görünməsinə səbəb olur. Bu, saçın daha tez-tez yuyulmasını tələb edir və saçın təbii yağ balansını pozur.

 

Mənbə: Pembenar

Kəmalə Vəliyeva