Həsən Arat: Vaxt gəldi, getməliydim
Bölmə: İdman › ,Tarix: 23:59 29.11.2024
"Beşiktaş"ın prezidenti postunu tərk edən Həsən Arat Tüpraş stadionunda açıqlama verib. Klub işçiləri və azarkeşləri ilə vidalaşan Arat, "Demokratik ölkələrdə bunlar normal hallardır. Vaxt gəldi, getməli oldum və gedirəm. "Beşiktaş" gənclərə əmanətdir, "Beşiktaş"dan heç kim istifadə edə bilməyəcək",-dedi.
"Beşiktaş"ın prezidenti vəzifəsindən istefa verən Həsən Arat Tüpraş stadionunda azarkeşlər, klub işçiləri və mətbuat nümayəndələri ilə vidalaşıb.
Duyğulu anlara səhnə olan vida mərasimindən sonra açıqlama verən Arat ayrılma qərarına toxunub.
Habertürk