Bölgələrdəki işsizliyi doğuran amillər hansılardır?-Mütəxəssis AÇIQLAYIR…

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:11 02.12.2024

Bu dövrdə iş tapmaq çətin məsələdir. Bölgələrdə bir çox insanlar işsizlikdən əziyyət çəkirlər, iş tapa bilmirlər. Bu hal insanlara sərt şəkildə təsir edir. 

 

Bölgələrdəki işsizliyi doğuran amillər hansılardır?

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, bölgələrdəki işsizliyin qarşısının alınması üçün qeyri-neft sektoru inkişaf etməlidir:

 

“Yəni ölkədə işləyən şəxslərin yarısı dövlət sektorunda işləyir. Dövlət kifayət qədər iş yerinin yükünü öz üzərinə çəkir. Çıxış yolu özəl sektorun gücləndirilməsidir ki, özəl sektor inkişaf etsin və iş yerləri yaransın. Bölgələrdəki işsizliyin qarşısının alınmasının yeganə yolu qeyri-neft sektorunun inkişaf etdirilməsidir”. 

 

İqtisadçı işsizliyi doğuran amillərdən də danışıb:

 

“İşsizliyi doğuran amillər çoxdur. Bu iqdisadiyyatla bağlı məsələdir. 2015-ci ildən sonra qeyri-neft sektorunun inkişafında nə ixracın quruluşunda , nə də büdcə gəlirlərinin quruluşunda dəyişiklik olub. Görülən tədbirlər ciddi nəticə verməyib. Qeyri-neft ixracının inkişaf etdirilməsi əsas istiqamətlərdən biri ola bilər ki, qeyri-neft ixracı artması ,iqtisadiyyatda rəqabət mühitinin yaxşılaşması, kapitalın sahibkarların maliyyə resuslarına çıxışlarının genişləndirməsi , inzibati tənzimlənmə mühitinin yaxşılaşdırılması və.s. Ciddi iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru inkişaf edə bilər və işsizlik probleminin həllinə müsbət təsir göstərə bilər”.

 

Kəmalə Vəliyeva