Tennessi ştatında zəlzələ baş verib 

Bölmə: Dünya › ,
Tarix: 20:19 10.05.2025

 

 

ABŞ Geoloji Xidməti və yerli xəbərlərə görə, şənbə günü səhər Tennessi ştatında 4,1 bal gücündə zəlzələ baş verib və Atlanta, Şimali Karolinanın qərbi və başqa yerlərdə hiss edilib.

 

USGS-in saytında zəlzələnin Knoxville-dən təxminən 30 mil (48 kilometr) cənubda yerləşən Tennessi ştatının Qrinbek şəhərindən təxminən 12 mil (20 kilometr) aralıda, EDT vaxtı ilə səhər 9-dan qısa müddət sonra meydana gəldiyi bildirilib. Corciya və Şimali Karolinaya xidmət göstərən televiziya xəbər stansiyalarının meteoroloqları da yeraltı təkanları hiss etdiklərini bildiriblər.

 

USGS sözçüsü Ayesha Davis, Associated Press-ə elektron poçtla bildirib ki, zəlzələdən sonra ilk bir saat ərzində ictimaiyyətdən 23,000-dən çox məlumat USGS tərəfindən qəbul edilib.

 

  

Associated Press 

Güllər Gülhüseynova