Azərbaycanda vaxtı keçmiş kreditlərin artmasına səbəb nədir ? -EKSPERT AÇIQLAYIR
Bölmə: İqtisadiyyat › ,Tarix: 19:22 02.12.2024
Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 9% artıb. Vətəndaşların özlərinin kreditlərini gecikdirmək problemli kreditlər yaratması, düşüncəylə bağlı deyil. Vətəndaşlar bu, düşüncəyə sahib deyil ki, kredit alım, sonra ödəməyim, nəticə də, problemli kredit yaransın. Belə, düşünənlərin xüsusi çəkisi 1 % belə, olmaz.
Mövzu ilə bağlı iqtisadi ekspert Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanda, problemli kreditlərin yaranmasının əsas səbəbi, ondan ibarətdir ki, əhalinin gəlirləri getdikcə azalsın:
"Əgər, problemli kreditlərin kütləsinin artmasını müşahidə ediriksə, deməli bunun səbəbi əhalinin gəlirlərinin azalmasıdır. Ola bilsin ki, əhalinin gəlirləri artır. Əhalinin gəlirlərinin artmasını dinamik olaraq, hesablamaq lazımdır".
İqtisadiyyatçı sözlərində, əhalinin imkanları daraldığı zaman, kredit qaytarma qabiliyyəti də, azalır deyə qeyd edib:
"Kredit çox bahadır. Bu, isə imkansız vətəndaşı daha çox pul ödəməyə vadar edir. Nəticədə, isə problemli kreditlər formalaşır. Müəyyən bədbəxt hadisələr baş verir. Məsələn, fəlakətlər baş verir, amma, bu, hallarında sözsüz ki, sığortası var. Bəzən, effektiv olmur, amma, ümumilik də, müəyyən səmərəyə malikdir".
Nigar Səmədli