Cənubi Koreya prezidenti fövqəladə hərbi vəziyyət elan etdi
Bölmə: Dünya › ,Tarix: 21:25 03.12.2024
Cənubi Koreya Prezidenti Yoon Suk Yeol fövqəladə hərbi vəziyyət elan edib, Yonhap prezident administrasiyasına istinadən xəbər verir.
Bu tədbirin Şimali Koreya tərəfdarı qüvvələrin məhv edilməsinə və azadlığın konstitusiya nizamını qorumağa yönəldiyi bildirilir. Xəbər agentliyi bu açıqlamanın gözlənilməz olduğunu vurğulayıb.
Bunun ardınca, Cənubi Koreya müxalifəti öz nümayəndələrinin toplantısını çağırıb.
Mənbə: ITAR Tass
Zəhra Məmmədova