"Qarabağ" son yoxlama oyununda uduzub

Bölmə: İdman › ,
Tarix: 23:45 15.07.2025

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası son yoxlama oyununu keçirib.


"İnformatot.az" "Teleqraf"a istinadən xəbər verir ki, rəqib yerli "Zaltsburq" kollektivi olub.

 

Görüş "Zaltsburq"un qələbəsi ilə yekunlaşıb - 2:1.

 

"Qarabağ"ın yeganə qolunu 42-ci dəqiqədə Nəriman Axundzadə vurub. "Zaltsburq"dan isə Sota Kitano 29-cu, Edmund Baydu 55-ci dəqiqədə fərqlənib. 


Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Ukraynanın "Metallist 1925" komandasına 4:5 hesabı ilə uduzub. Niderland "Tvente"si ilə qarşılaşmaların birində 3:2 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi digərində yenilib - 1:2. Ağdam komandası Bakıdakı yoxlama oyununda isə "Zirə"ni darmadağın edib - 4:0.