Malta ATƏT toplantısına səfər ərəfəsində vizanı ləğv edib

Bölmə: Dünya › ,
Tarix: 22:18 04.12.2024

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ATƏT Nazirlər Şurasının toplantısı ərəfəsində Malta tərəfindən nazirliyin sözçüsü Mariya Zaxarovaya verilmiş viza ləğv edilib.

Nazirlik bəyanatında qeyd edib ki, bu hadisə Rusiya nümayəndə heyətinin Moskvadan uçuşa hazırlaşdığı anda baş verib.

“Misli görünməmiş bir halda, tədbir öncəsi Maltanın sədrliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya verilmiş viza ləğv edilib. Səbəb isə belə ifadə olunub: "Nəzarətimizdən kənar olan hallar səbəbilə"

Nazirliyin məlumatına görə, Xarici İşlər Naziri Sergey Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti qarşıdan gələn toplantıda ATƏT çərçivəsində müxtəlif tədbirlər üçün vizaların verilməməsi məsələsinə xüsusi diqqət yetirəcək.

ATƏT-in əsas qərar qəbul edən orqanı olan Nazirlər Şurasının 31-ci iclası 5-6 dekabr tarixlərində Maltada keçiriləcək.

Zaxarova daha əvvəl TASS-a bildirib ki, Malta bütün nümayəndə heyətlərinin bərabər iştirakını təmin etməlidir.

 

 

 Mənbə : ITAR TASS

Zəhra Məmmədova