İsrailin gizli qüvvələri Qərb Sahilindəki xəstəxanaya hücum edib

Bölmə: Dünya › ,
Tarix: 21:35 05.12.2024

İsrail qüvvələri çərşənbə gecəsi mülki geyimdə işğal altındakı Qərb Sahilinin şimalında yerləşən bir xəstəxanaya hücum edərək, bir neçə gün əvvəl iki Həmas üzvünün ölümü ilə nəticələnən İsrail hava hücumunda yaralanmış iddia edilən bir fələstinli döyüşçünü həbs edib.

 

Xəstəxananın rəsmisinin verdiyi məlumata görə, təxminən 20 nəfərlik İsrailin gizli xüsusi qüvvələri – həkim, tibb bacısı və hətta fələstinli qadınların geyimində – xəstəxanaya hücum etdi.

 

"Bütün proses – hücum, oğurluq və ayrılma – altı dəqiqədən az çəkdi".

 

Hadisə şahidlərinin çəkdiyi videoda, İsrail qüvvələrindən birinin ağ tibbi xalat geyindiyi görünür. Onlar şübhəlini Nablus xəstəxanasından əlil arabası ilə çıxarıb nömrəsiz bir mikroavtobusa mindirirlər.

 

Yanvar ayında İsrailin xüsusi qüvvələri mülki və tibbi heyət geyimində çərşənbə axşamı işğal altındakı Qərb Sahilinin Cenin şəhərindəki İbn Sina xəstəxanasına daxil olaraq üç fələstinli kişini öldürüblər.

 

İsrail Müdafiə Qüvvələri (IMQ) bəyan edib ki, iddia edilən döyüşçünü “aradan qaldırmaq cəhdi”ndən sonra “təhlükəsizlik qüvvələri onu bu gün Nablus şəhərində yerləşən xəstəxanada dəqiq əməliyyatla həbs edib”.

 

Hərbi qüvvələr bildirib ki, iddia edilən döyüşçü, Ayman Ghanam, avqust ayında Qərb Sahilinin şimalında İsrail yaşayış məntəqəsinin yaxınlığında bir İsrail mülki şəxsin ölümünə və digərinin yaralanmasına səbəb olan atışmada iştirak edib.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirib ki, beynəlxalq hüquq "mülki və ya döyüşçü olmayan statusunda özünü göstərərək qarşı tərəfi öldürmək, yaralamaq və ya həbs etmək" kimi fırıldaqçılığı qadağan edir.

 

Fələstin Səhiyyə Nazirliyi bu hücumu “müalicə mərkəzlərinin və xəstələrin müdafiəsini nəzərdə tutan bütün beynəlxalq qanun və konvensiyaların kobud şəkildə pozulması” adlandırıb. IMQ bildirib ki, əməliyyat “xəstələrə və xəstəxana personalına zərər verməmək” üçün planlaşdırılıb.

 

Mənbə: CNN

Nuray Qurbanlı