Uzaq Şərqdən gələn düyü suyunun möcüzəsi

Bölmə: Maraqlı › ,
Tarix: 21:58 05.12.2024

Vitamin və minerallarla zəngin olan düyü suyu dərinizdə nəm balansını saxlamağa kömək edir, rəng bərabərsizliyini azaldır və dərinizə parlaq görünüş verir.

 

Düyü suyu B və E vitaminləri, amin turşuları və minerallarla zəngindir. Bu tərkib dərinizi qidalandırır, canlandırır və ona sağlam görünüş bəxş edir. Düyü suyunun təbii bərkidici xüsusiyyətləri sayəsində məsamələrin görünüşü azalır. Bu daha hamar dəri əldə etməyə kömək edir. Sərbəst radikallara qarşı qoruma təmin edərək incə xəttlərin görünüşünü azaldır.

 

Daimi istifadə yaşlanma əlamətlərini gecikdirir və dərinizin gənc görünməsinə kömək edir. Düyü suyu nəm bariyerini gücləndirir və elastikliyini artırır.

 

Mənbə: Pembe nar

Nərmin Həşimova