Mars daşı hərraca çıxarılacaq

Tarix: 10:44 14.07.2025
Yer kürəsində indiyə qədər tapılmış ən böyük Mars daşı hərraca çıxarılıb. Daşın çəkisi 25 kiloqramdır.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Məlumata görə, hərracda onun təxmini qiyməti 2 milyondan 4 milyon dollara qədər olacaq:
“NWA 16788 kimi tanınan daş tarix mövzulu satışın bir hissəsi kimi təqdim olunacaq”.