Azərbaycanda ipək ixracının azalmasının səbəbləri nələrdir ?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:56 10.12.2024

Son vaxtlar Azərbaycanda statistik göstəricilərə görə ipək ixracı kəskin şəkildə azalıb.


Mövzu ilə bağlı “informator.az” a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda ipəkçiliyin inkişafı dəstəklənir:

“ Amma bu il barama istehsalı da ötən ilə nisbətən 33% azalıb. Bunun səbəbi nədir? - baramanı götürən şirkətlər ki, var o şirkətlərdə qiymət sabitdir və çox aşağı qiymətə götürürlər. Yəni fermer baramanı becərir. Təhvil vermək lazım gələndə hər yerdə eyni qiymətdir. Bu şirkətlər ayrı-ayrı olsa , belə bunların davranışlarından görünür ki, bu şirkətlər bir mərkəzdən idarə olunur. Bunlar ayrı-ayrı şirkətlərdirsə, bir-birilə rəqabət aparmalıdır ki, daha çox müştəri, məhsul əldə etsin. Fermerlər barama liflərini aşağı qiymətlə almaqla, həmin şirkətlər çömçülərin də mənfəətin əlindən alır. Ona görə də, onlar hesablayırlar il ərzində bu qədər barama yetişdiriblər. Gələn il bundan da aşağı olacaq. Bir tərəfdən barama alan şirkətlərin sayı çoxalmalıdır, müstəqil şirkətlər olmalıdır. Bir monopoliyanın müxtəlif sektorları kimi işləməməlidirlər. Digər tərəfdəndə fermerlərin özünün dünya bazarına çıxmaq imkanları yaradılmalıdır. Bu da inkişaf etməlidir ki, baş versin. Proseslərin hamısını müstəqil subyektlər icra etsə, rəqabət mühiti formalaşdırılsa, onda barama istehsalı genişlənər. Çünki hərənin öz mənfəəti olacaq. Bazarda mənfəət bölgüsü müəyyənləşəcək. Onda fermərin də, ipək liflərini qəbul edib onları emal edənin də, toxuyanın da mənfəəti olacaq. Bu prosesdə ilkin istehsalçıların mənfəət norması pozulduğuna görə, getdikcə barama istehslı da , ipək ixracı da, istehsalı da azalır”.

 

Kəmalə Vəliyeva