Rusiya və Ukraynanın bu resursları yoxdur -Zalujnı

Bölmə: Dünya › ,
Tarix: 12:53 13.07.2025

"Nə Rusiyanın, nə də Ukraynanın hücum əməliyyatları keçirmək üçün səfərbərlik resursları və ehtiyatları yoxdur".

"İnformator.az" xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri, silahlı qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı deyib.

“Hər iki ölkədə demoqrafik vəziyyət daha da pisləşəcək və müharibənin uzanması ilə fəlakətli göstəricilərə yaxınlaşacaq. Çox güman ki, insan resursları əvəzolunmaz və nəticədə ən bahalı olacaq”, - Zalunı bildirib.

Onun sözlərinə görə, qarşıdakı illərdə texnoloji irəliləyişlər və demoqrafik və iqtisadi şərtlər çox güman ki, tükəndirmə müharibəsini təşviq edəcək:

 

“Müharibə strategiyası daha çox əraziləri ələ keçirməyə deyil, düşmənin resurslarını və imkanlarını tükəndirməyə, xaos yaratmağa və nəticədə xalqın müqavimət qabiliyyətini məhv etməyə yönəldiləcək”.