Stressdən zədələnmiş dərini bərpa etmək çətin deyil!
Bölmə: Maraqlı › ,Tarix: 23:27 11.12.2024
Bu günün məşğul və sürətli həyat tərzi bir çox insanları stresslə mübarizə aparmağa məcbur edir. Ancaq stress təkcə əhvalımıza deyil, fiziki sağlamlığımıza da təsir edir. Xüsusilə dərimiz stressin təsirini ən tez göstərən orqanlardan biridir.
Bəs, stress dərimizə necə təsir edir və bu mənfi təsirlərin qarşısını almaq üçün nə edə bilərik?
Stress zamanı bədənimiz kortizol hormonunun istehsalını artırır. Kortizol dəridəki yağ bezlərini stimullaşdırır və artıq sebum istehsalına səbəb olur. Bu, məsamələrin tıxanmasına və sızanaqların əmələ gəlməsinə səbəb olur.
Xroniki stress dəridə kollagen istehsalını azaldır. Kollagen dərinin möhkəm və gənc görünməsini təmin edən bir proteindir. İstehsalın azalması qırışların və incə xəttlərin daha erkən görünməsinə səbəb ola bilər.
Stress dərinin təbii baryerini zəiflədir, nəm itkisinə səbəb olur. Bu, dərini quru, həssas və qıcıqlanmaya meylli edir.
Stress immunitet sisteminə mənfi təsir göstərərək eqzema və sədəf kimi dəri xəstəliklərini tətikləyə və ya ağırlaşdıra bilər.
Yuxu bədənin və dərinin özünü yenilədiyi ən mühüm prosesdir. Hər gecə 7-9 saat yatmaqla stress səviyyənizi və dərinizə təsirini azalda bilərsiniz.
Mənbə: Pembenar
Kəmalə Vəliyeva