"Milad işıqları" qalaktikası Kainatın necə formalaşdığını üzə çıxarır

Bölmə: Maraqlı › ,
Tarix: 16:49 12.12.2024

NASA-nın James Webb Kosmik Teleskopu (JWST) ilk dəfə olaraq qalaktikamızın formalaşdığı dövrdə necə göründüyünü göstərən bir görüntü çəkib – bu, kosmos alimlərini olduqca "bayram əhval-ruhiyyəsinə" salıb.

 

Görüntü, kosmosda Milad ağacındakı bəzəklər kimi asılmış, fərqli rənglərdə on ulduz topunu nümayiş etdirir.

 

Bu, alimlərin ilk dəfə olaraq bizim Süd Yolu kimi bir qalaktikanın formalaşması üçün birləşən ulduz kütlələrini müşahidə etdiyi görüntüdür və Kainatın necə yarandığına dair dəlillər təqdim edir.

 

Alimlər uzaq qalaktikaya "Firefly Sparkle" adını veriblər, çünki o, həmçinin müxtəlif rəngli işıqlı böcəklərin sürüsünə bənzəyir.

 

Dünyanın atmosferindən kənarda, kosmosda hər hansı maneə olmadan orbitdə yerləşən, indiyə qədər tikilmiş ən güclü teleskop artıq bizə daha uzaq və dolayısı ilə daha qədim qalaktikaları göstərib. Ancaq bizim qalaktika kimi formalaşmanın erkən mərhələlərində olan və bu qədər detallı görüntü heç vaxt müşahidə edilməyib.

 

Massaçusetsdəki Wellesley Kollecindən və araşdırmaya birgə rəhbərlik edən Dr. Lamiya Mowlaya görə, "Kainatın bu mərhələsində baş verənlərə dair məlumatlar çox azdır".

 

Mənbə: Bbc news 

Nuray Qurbanlı