Avropalılar susuz yaşayır. Mineral suyu seçdilər, enerjiləri sonsuzdur
Bölmə: Maraqlı › ,Tarix: 10:54 13.12.2024
Avropanın bəzi yerlərində insanlar su əvəzinə mineral su içməyə üstünlük verirlər. Bəs niyə avropalılar su əvəzinə mineral su içirlər?
Avropada mineral suyun tarixi 17-ci əsrə gedib çıxır. İlk dəfə İngiltərənin Müqəddəs Quyunundan qablaşdırılaraq satılan bu içki iqtisadi və mədəni baxımdan yuxarı təbəqənin seçimi idi. Zaman keçdikcə onun faydaları kəşf olunduqca, mineral suyu getdikcə daha çox insan istifadə etməyə başladı. 18-ci əsrdə qablaşdırılmış su sənayesinin inkişafı ilə təmiz su təmin etməkdə sağlamlıq problemləri əhəmiyyətli dərəcədə aradan qaldırıldı.
Avropada mineral suyun bu qədər məşhur olmasının bir neçə mühüm səbəbi var.
Bir çox Avropa ölkələrində krant suyunun keyfiyyəti ilə bağlı narahatlıqlar var. Krant suyunun bəzən çirklənmə riski daşıması və ya xoşagəlməz dadı olması insanlar arasında mineral suya olan tələbatı artırır. Xüsusilə Almaniya, Fransa və İtaliya kimi ölkələrdə keyfiyyətli və etibarlı su təchizatına daha çox diqqət yetirilir, bu da mineral suyun əvəzedilməz alternativ kimi önə çıxmasına səbəb olur.
Mənbə: Pembe nar
Nigar Səmədli