Türk komandalarının gündəmində idi, rəsmi müqaviləyə imza atdı!

Tarix: 22:56 07.01.2025
Premyer Liqa klublarından “Tottenham”, Heung-min Sonun müqaviləsindəki 1 illik uzatma opsiyasının aktivləşdirildiyini elan edib.
“Tottenham”, 2025-ci ilin iyununda başa çatacaq müqaviləni 2026-cı ilin iyun ayına qədər uzadıb.
32 yaşlı Cənubi Koreyalı cinah oyunçusu, 2015-ci ildə “Bayer Leverkusen”dən 30 milyon avro transfer haqqı ilə “Tottenham”a keçmişdi.
Bu mövsüm “Tottenham” forması ilə 17 Premyer Liqa oyununda iştirak edən Heung-min Son, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Cənubi Koreyalı ulduzun adı bir müddət Trendyol Süper Liqa klubları ilə də hallanırdı.
Mənbə: beinsports
Aytac Mustafayeva