Suriyanın enerji resursları: Kim nəzarət edir, siyasi prosesdə rolu nədir?
Bölmə: Dünya › ,Tarix: 20:35 08.01.2025
Suriyada 13 il davam edən vətəndaş müharibəsindən sonra yeni bir nizam qurmaq səyləri davam edərkən, ölkənin karbohidrogen enerji resurslarının taleyi maraq doğurur.
Mütəxəssislərin fikrincə, ölkənin təbii qaz yataqlarının əksəriyyəti Şam hökumətinin nəzarətində olan bölgələrdə yerləşir.
Neft yataqlarının böyük bir hissəsi isə Şimal-Şərqi Suriyada yerləşən və Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan bölgələrdədir.
Türkiyə, SDQ-nin əsasını təşkil edən Kürd Demokratik Birlik Partiyasını (PYD) və onun silahlı qanadı olan Xalq Müdafiə Dəstələrini (YPG) "PKK-nın qolu" və "terror təşkilatı" olaraq qəbul edir.
SDQ-nin nəzarətində çıxarılan neft, Əsəd rejiminin devrilməsinə qədər həssas və mürəkkəb bir ticarət şəbəkəsi vasitəsilə müxtəlif tərəfdaşlara satılırdı.
Mənbə :BBC news türkçe
Nigar Həsənzadə