Sesiliya Sala İran həbsindən azad olunaraq vətənə qayıdır

Bölmə: Dünya › ,
Tarix: 22:14 08.01.2025

İtaliyalı jurnalist həftələrlə İran həbsxanasında yatdıqdan sonra Romaya qayıdıb.

29 yaşlı Sesiliya Sala dekabrın 19-da, iranlı mühəndisin ABŞ əsgərlərinin ölümünə səbəb olan dron texnologiyasını təmin etməkdə şübhəli bilinərək İtaliya hakimiyyətinin başçılığı ilə Milanda saxlanmasından üç gün sonra həbs edilib.

 

Xəbərlərdə onun Tehranın məşhur Evin həbsxanasında təkadamlıq kamerada saxlanıldığı bildirilir.

Tanınmış podkaster Sesiliya Salanın Tehranda həbsxanada saxlanması italyanları qəzəbləndirdi və onun işəgötürəni Chora Media dekabrın 27-də onun həbs olunması xəbərini yaydığı vaxtdan bəri başlıqları üstələyir.

İran ilkin olaraq Sala-nı "İslam Respublikasının qanunlarını pozduğuna görə" saxladığını bildirsə də, ABŞ Dövlət Departamentinin rəsmiləri bunun dekabrın 16-da Milanın Malpensa hava limanında İran vətəndaşı Məhəmməd Abedininin həbsi ilə əlaqəli ola biləcəyini bildirib.

 

O, ABŞ-ın sifarişi ilə həbs edilib və bir məmur İtaliya mətbuatına bildirib ki, Sala "siyasi təsir vasitəsi" kimi istifadə olunur.

 

İranın onu azad etməsinə nəyin səbəb olduğu bəlli deyil, lakin bu xəbər baş nazir Giorgia Meloni-nin "diplomatik və kəşfiyyat kanalları vasitəsilə gərgin iş" göstərdiyi bəyanatında yayılıb.

 

Meloni ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla həftə sonu görüşüb, jurnalistin saxlanmasının müzakirə olunduğu güman edilir.

 

Meloni "Secilia-nın geri qayıtmasında əməyi olan hər kəsə" təşəkkür etdi.

Salanın ortağı, jurnalist həmkarı Daniele Raineri Ansa xəbər agentliyinə deyib: "Onunla danışdım və o, mənə "Tezliklə görüşərik",- dedi.

 

Məhəmməd Abedini yanvarın 15-də Milanda məhkəmə qarşısına çıxacaq və Tehran son günlər iki iş arasında hər hansı əlaqəni rədd edib.

 

İtaliyanın xarici kəşfiyyat xidmətinin rəhbəri Covanni Karavellinin Salanı İtaliyaya qaytarmaq üçün şəxsən Tehrana getdiyi bildirilir.

Onun atası Renato Sala Ansa-ya onunla fəxr etdiyini və hökuməti "müstəsna iş" üçün təriflədiyini söylədi.

O, vəziyyətin "şahmat oyununa, lakin ikidən çox oyunçu ilə" çevrildiyi təəssüratının yarandığını söylədi.

Renato Sala da xarici işlər naziri Antonio Tajaniyə təşəkkür edərək, 12 ildir bir-birinin yanında yaşadıqlarına və dostluq etdiklərinə diqqət çəkib.

 

Mənbə: BBC News

Nərmin Həşimova