Ole Gunnar Solskjaer “Beşiktaş” tarixində bir ilki gerçəkləşdirəcək

Tarix: 21:34 17.01.2025
"Beşiktaş"ın anlaşma əldə etdiyi norveçli məşqçi Ole Gunnar Solskjaer, ağ-qara klubun 62-ci baş məşqçisi oldu. Solskjaer ilə birlikdə "Beşiktaş"da ilk dəfə norveçli bir baş məşqçi vəzifə alacaq.
Beşiktaşda baş məşqçi məsələsi artıq həllini tapdı. Ağ-qara klub, 51 yaşlı məşqçi Ole Gunnar Solskjaer ilə razılığa gəldi. Bugün İstanbulda müqavilə imzalayacaq olan Solskjaer, "Beşiktaş"da çalışan ilk norveçli baş məşqçi olaraq tarixə düşəcək.
Mənbə : Hürriyet
Xanım Ağamalıyeva