"Traktor" klubu xorvatiyalı futbolçu transfer edib

Tarix: 16:11 12.07.2025
İran çempionatının son qalibi "Traktor" klubu xorvatiyalı futbolçu transfer edib.
"İnformator.az" "Report" a istinadən xəbər verir ki, Tibor Haliloviçlə iki illik müqavilə imzalanıb.
30 yaşlı yarımmüdafiəçi, müdafiədə də oynamaq bacarığına sahibdir. Qeyd edək ki. "Dinamo"nun (Zaqreb) yetirməsi olan T.Haliloviç daha öncə Xorvatiyanın "Lokomotiva", "Riyeka", və "Qoritsa", Poloşanın "Visla" və Niderlandın "Herenven" klublarında çıxış edib.