“Galatasaray”dan penalti etirazı!
Bölmə: İdman › ,Tarix: 22:37 17.01.2025
Super Liqanın 20-ci həftəsində “Hatayspor” ilə “Galatasaray” qarşı-qarşıya gəldi. İlk hissədə sarı-qırmızılıların penalti gözlədiyi vəziyyət diqqət çəkdi.
Görüşü Cihan Aydın idarə etdi. VAR-da isə Belçika Futbol Federasiyasından Jan Boterberg iştirak edirdi. “Galatasaray”ın 33-cü dəqiqədə penalti tələb etdiyi epizod ön plana çıxdı. Yunus Akgün cərimə meydançasının üzərindən zərbə endirdi, “Hatayspor”dan Guy Kilama topu qarşısını aldı.
“Galatasaray”lı futbolçular və azarkeşlər bu epizodda penalti tələb etdilər. Matçın hakimi Cihan Aydın penalti olmadığını qərarlaşdırdı.
Oyun dayandıqdan sonra epizod VAR-da araşdırıldı. VAR hakimi Jan Boterberg tərəfindən Cihan Aydın-a hər hansı izləmə tövsiyəsi verilmədi. Daha sonra Cihan Aydın oyunun davam etməsinə qərar verdi. Sarı-qırmızılı futbolçular bu epizoddan sonra etirazlarını davam etdirdilər.
Digər tərəfdən, “Galatasaray” azarkeşləri, xüsusən də sosial şəbəkələrdə bu qərara sərt reaksiya göstərdilər.
Mənbə:Milliyət
Fatimə Abdulrəhimli