Müşahidə Şurasının yeni səlahiyyətləri niyə müzakirə olunur?

Bölmə: Dünya › ,
Tarix: 20:17 03.02.2025

Türkiyə Prezidentliyinə bağlı olan Dövlət Müşahidə Şurasının (DDK) səlahiyyətlərini artıran qanun dəyişikliyi 30 yanvar, cümə axşamı günü TBMM Baş Assambleyasında qəbul edilib.

 

Qanun layihəsinin tərkibində yer alan bu dəyişiklik Prezidentliyə bağlı DDK-ya bütün dövlət qulluqçularını vəzifədən uzaqlaşdırmaq səlahiyyəti verir.

 

Ana müxalifət partiyası CHP, bu səlahiyyətin "istəyə bağlı" tətbiqlərə yol aça biləcəyi səbəbi ilə Konstitusiya Məhkəməsinə bu qanunun ləğvi və icrasının dayandırılması üçün müraciət etməyə hazırlaşır.

 

Hökumət mənbələri isə Daxili İşlər Nazirliyinin artıq oxşar səlahiyyətlərə malik olduğunu vurğulayaraq, bunun yeni bir vəziyyət olmadığını bildirir.

 

Mənbə :BBC News türkçe

Nigar Həsənzadə