Trampın "Qəzzanı ələ keçirəcəyik" açıqlamasına ard-arda reaksiyalar

Bölmə: Dünya › ,
Tarix: 13:45 05.02.2025

ABŞ Prezidenti Donald Trampın "Qəzzəliləri başqa ölkələrə yerləşdirmək" və "Qəzzanı ələ keçirmək" planına etirazlar artır. HƏMAS bu məsələ ilə bağlı açıqlama verib, eyni zamanda ABŞ daxilində də Trampa etiraz edənlər olub.

Bəs, Tramp tam olaraq nə deyib?

 

"OLMALI OLAN ŞEY SÜRGÜN DEYİL"

 

HƏMAS sözçüsü Sami Əbu Zühri Trampın sözlərini qəbuledilməz adlandıraraq, "Trampın 'Qəzza zolağı xalqının getməkdən başqa çarəsi yoxdur' açıqlamalarını rədd edirik. Bunu bölgədə xaos və gərginliyin resepti kimi görürük", - deyə bildirib.

Qəzzəlilərin bu planın həyata keçirilməsinə imkan verməyəcəyini vurğulayan Əbu Zühri əlavə edib: "Olmalı olan şey xalqımızın torpaqlarından sürgün edilməsi deyil, xalqımıza qarşı işğal və aqressiyanın sona çatmasıdır".

 

İSRAİLDƏ SEVİNC HAKİMDİR

 

İsrailli nazirlər Qəzza ilə bağlı açıqlamalarına görə sosial media hesablarından paylaşım edərək Trampı tərifləyiblər.

İsraildə Milli Təhlükəsizlik Nazirliyi vəzifəsindən istefa verən Yəhudi Gücü Partiyasının lideri, radikal sağçı İtamar Ben-Qvir, ABŞ Prezidenti Donald Trampın "Fələstinlilərin Qəzzadan köçürülməsi" planını alqışlayıb və İsrail Baş naziri Benyamin Netanyahuya bunun həyata keçirilməsi üçün dərhal bir plan hazırlanması çağırışını edib.

 

Mənbə: Haber7 

Aygün Babayeva