Son zamanlar Çin istehsallı avtomobillərə maraq artır
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/3711025_4.jpg)
Tarix: 17:53 06.02.2025
Ən çox rast gəlinən və insanları narahat edən, xüsusəndə avtomobil almaq istəyən şəxsləri narahat edən Çin istehsallı avtomobillərdir.
Bəs alıcı ən çox avtomobildə nəyə önəm verir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov "İnformator.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə, istənilən markanın ilk olaraq görünüşü insanda xoş təəssürat yaradır:
"Təmizliyi, səliqəliyi, parlaqlığı, rəngi, gecə işıqlı rəngdə olması, o cümlədən bütün avtomobillərin təhlükəsizliyi hər bir insan üçün vacibdir. Artıq qəza olanda isə avtomobilin təmizliyinə kimsə önəm vermir. Onun təhlükəsizlik dərəcəsinə önəm verilir. Təkər sıradan çıxarsa, deşilərsə, yolda qalınarsa, məsələn bu zaman yan şüşənin parlaqlığı önəm daşımır".
Nəqliyyat ekspertinin sözlərinə görə, təhlükəsizlik tədbirləri öndə olan məsələlərdən biridir:
"Sosial şəbəkələrdə və ya digər fəalliyyətdə olan saytlara nəzər saldıqda görünür ki, avtomobillərin bir çox xüsusiyyətlərini aydın şəkildə görə bilərik".
Nigar Səmədli