Avropa Komissiyası: "ABŞ-nin Aİ mallarına rüsum tətbiq etməsi qanunsuzdur"
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/7746736_3.jpg)
Tarix: 18:40 10.02.2025
ABŞ-nin Avropa mallarına rüsum tətbiq etməsi qanunsuz addım olacaq və buna görə Avropa İttifaqı (Aİ) öz maraqlarını qoruyacaq. Bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
"Rüsumların tətbiqi, xüsusilə də transatlantik ticarət və investisiyalar vasitəsilə Aİ və ABŞ-nin yaratdığı dərin inteqrasiya olunan istehsal zəncirləri nəzərə alınmaqla, qanunsuz və iqtisadi cəhətdən əks-məhsuldar olardı. Biz Avropa biznesini, işçilərini və istehlakçılarını əsassız tədbirlərdən qorumaq üçün cavab verəcəyik", - bəyanatda qeyd olunub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, ABŞ-nin rüsum tətbiq etməsinin əsas səbəbi budur: "Siz mənə qarşı haqsızlıq edirsiniz. Sizin məhsullarınız ABŞ bazarına daxil olur, ancaq siz mənim məhsullarımı almırsınız":
" ABŞ öz imkanlarından istifadə edir və ölkəsindəki müəssisələrin heç birinə güzəşt olunmamasından narazıdır. Əslində bu, azad ticarət prinsiplərinə ziddir.
Aİ-nin iqtisadi gücü kifayət qədər böyükdür. Avropa da Amerikanın bu addımına cavab olaraq idxal olunan məhsullara rüsum tətbiq edə bilər. Rüsumların tətbiqi Aİ və ABŞ arasındakı ticarət əlaqələrinə mənfi təsir edəcək. Rüsumlar qiymətləri bahalaşdırır, qiymətlərin artması isə məhsulların alınma həcmini azaldır. Əgər idxalı əvəz edə bilirlərsə, bu, iqtisadiyyata o qədər də təsir göstərmir. Lakin məhsulların bahalaşması inflyasiyaya təsir edir. Ümumilikdə, rüsumların tətbiqi ticarətin azalmasına səbəb olan bir amildir".
Aygün Babayeva