“Azərbaycan ərazisində tranzitin dəyəri bir qədər yüksəkdir”
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/6187396_5.jpg)
Tarix: 21:04 10.02.2025
Azərbaycanın əlverişli geostrateji mövqeyi və tranzit potensialı onu mühüm nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevirir. TRACECA və Şimal-Cənub nəqliyyat dəhlizləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Bu haqqda iqtisadçı Toğrul Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, məsələ bundan ibarətdir ki, hələ 2015-2016-cı illərdə tez-tez danışılırdı ki, Azərbaycan öz coğrafi yerləşməsindən istifadə etməlidir ki, daha da geniş nəqliyyat halına çevrilsin:
“Sadəcə məsələ ondan ibarətdir ki, biz o zaman bundan istifadə etmədik, yəni infrastruktura əlavə missisiya yatırmadıq. Neftin qiyməti qalxdıqca infrastruktura edən investisiyanın həcmi hazırki səviyyədə deyildi və biz problemlə üzləşdik. 2022-ci ildə belə Rusiya-Ukrayna müharibəsi başlayan kimi biz artıq alternativə çevrilmişdik, amma alternativ olaraq qala bilmədik. Çünki infrastruktur yetərli deyildi, infrastruktur tam istifadə olunurdu, amma bu çox kiçik həcmdə idi və Beynəlxalq ticarət üçün çox böyük bir pay deyildi”.
İqtisadçının sözlərinə görə, bizim ən böyük problem ondan ibarətdir ki, Azərbaycan vaxtilə bəyənatlar olmasına baxmayaraq, bu istiqamətdə ciddi addımlar atmayıb:
“Bu problemlə üzləşdik. Düzdür, biz istifadə etmək istəyirik, görürük ki, məhsul gəlir, amma onu qəbul etmək ixtiyarında deyilik. Həm dəmiryollarında problem var, həm dəniz-liman qəbuletmə gücündə və s. Bu problemlər çox genişdir.
İndi bəyan olunan odur ki, dəniz limanı artırılacaq, dəmiryollarına müəyyən investisiyalar qoyulur. Amma dediyim kimi bu bir qədər gecikib, vaxtında bu bəyan olunan planlar yerinə yetirilsəydi, biz artıq hazırlıqlı olacaqdıq. Başqa bir məsələ var ki, Azərbaycan ərazisində tranzitin dəyəri bir qədər yüksəkdir. Yəni, burada ən vacib məsələ odur ki, ümumiyyətlə bu tranzit üçün nə qədər mümkündürsə, az sərhəd keçsin. Təəssüflər olsun, Azərbaycan nə birinci, nə ikinci şərtə uyğun deyil”.
Müsahibimiz qeyd etdi ki, buradan istifadə üçün yalnız konkret məqsəd olmalıdır:
“Ya Mərkəzi Asiya, ya Cənubi Qafqaz, yaxud Rusiya, İran, Türkiyə, yəni, belə məqsədlər olmalıdır. Hətta İran və Türkiyə ərazisinə daha sərfəlidir, nəinki Azərbaycan ərazisini keçirmək. Burada belə bir alternativlərin olması faktiki ona gətirib çıxarır ki, biz rəqabət qabiliyyətində olmalıyıq. Təəssüflər olsun ki, bu cəhətdən rəqabət qabiliyyətində deyilik. İstifadə etmək mümkündür, amma bunun üçün investisiyalar lazımdır. Eyni zamanda qonşu dövlərlərlə razılaşmalar əldə etmək lazımdır ki, məhsullar daha effektiv, sadə və tez şəkildə ərazimizə keçə bilsin. Bu istiqamətdə hələ nümunəvi məsələ edilibsə də, fakt olaraq belə deyil”.
Nərmin Həşimova