“Yay transfer pəncərəsi dönəmində “Qarabağ” komandası heyəti gücləndirəcək”

Bölmə: İdman › ,
Tarix: 21:13 11.02.2025

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların fevral ayına görə dünya reytinqini açıqlayıb.

Bu dəfə Azərbaycanın 5 komandası siyahıya düşüb.

Qurban Qurbanovun yetirmələri son reytinqlə müqayisədə 6 pillə geriləyib.

 

Mövzu ilə bağlı futbol şərhçisi Ramiz Mirzəzadə “informator.az” a açıqlamasında bildirib ki, “Qarabağ”ın dünyanın futbol klublarının reytinq cədvəlində geriləməsinin əsas səbəbi son Avrokubok mövsümündəki uğursuz çıxışdır:

 

“ “Qarabağ” komandası yalnız 1 qələbə qazandı. Avrokuboklarda plry-off mərhələsinə vəsiqə qazana bilmədi. Digər görüşlərdə də məğlub olması onun ümumi reytinqinə mənfi təsir göstərdi. Bu geriləmənin olması gözləniləndir. Çünki reytinq cədvəli mütəmadi olaraq yenilənir. Komandaların itirdiyi və qazandığı xallara əsasən, cədvəldəki mövqeləri müəyyənləşir. “Qarabağ” komandasının cədvəldəki sırası da Azərbaycan təmsilçisi üçün olduqca yüksək mövqedir. Növbəti Avrokubok mövsümündən etibarən “Qarabağ” yenidən qaldığı yerdən uğurlu şəkildə işini davam etdirəcək. O , sıralamada da öz layiqli yerində olacaq”. 

 

Şərhçi “Qarabağ” komandasının daxilindəki vəziyyətdən də danışıb:

 

“Yaya qədər Qurban Qurbanov və komandanın məşqçiləri futbolçuların əvvəlki gücünü bərba etməsi üçün heyətdəki çatışmazlıqları aradan qaldıraraq, Avrokubok mövsümünə komandanı tam olaraq hazırlamağa çalışacaqlar. Bunun üçün qışda da transfer pəncərəsi dönəmində də Kadinin heyətə cəlb olunması, Romaonun gedişi “Qarabağ” üçün güclərin dəyişməsinə gətirib çıxarır. Yay transfer pəncərəsi dönəmində “Qarabağ” komandası heyəti gücləndirəcək. O, lazımi mövqelərə yeni transferlərlə kollektivi yenidən əvvəlki gücünü bərpa edə biləcək”. 

 

Kəmalə Vəliyeva