“Bayern” ulduzları itirilən mövsümü kompensasiya etmək üçün can atırlar

Bölmə: İdman › ,
Tarix: 21:50 11.02.2025

Çempionlar Liqası pley-off mərhələsi, ilk oyun: “Celtic “– “Bayern Münhen”

Tarix: Çərşənbə, 12 fevral

Məkan: Seltik Park, Qlazqo

Başlama vaxtı: 23:00 (Bakı vaxtı ilə)

 

“Mia san Mia”.

Bayern Münhenin klub devizi təkəbbürlü səslənmək üçün nəzərdə tutulmayıb. İngiliscəyə tərcümədə bu, “Biz kimiksə, oyuq” mənasını verir.

 

Bavariya nəhəngləri Seltik Parka üçüncü dəfə səfər edəcək. Həm onlar, həm də Brendan Rodcersin komandası Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

 

Ötən yay Bernlini tərk edərək Münhenə keçən Belçika və “Manchester City” əfsanəsi Vensan Kompaninin rəhbərliyi altında, altıqat Avropa çempionları ötən mövsüm qazansız qaldıqları üçün bu dəfə uğursuzluq yaşamaq istəmirlər. 2011-12 mövsümündən bəri ilk dəfə kubok qazana bilməyən Bayern bu il buna son qoymaq əzmindədir.

 

Mənbə: BBC Sport

Aytac Mustafayeva