“Beşiktaş”ın yeni transferləri mətbuata təqdim olundu!

Bölmə: İdman › ,
Tarix: 18:28 12.02.2025

Qara-ağlı klub yeni transferləri Keny Arroyo və Elan Ricardo üçün mətbuat konfransı keçirdi. “Beşiktaş”ın prezidenti Serdal Adalı, skaut Eduard Graf ilə müqavilə imzalandığını açıqladı.

 

“Beşiktaş” rəhbərliyi qış transfer dönəmində heyətinə cəlb etdiyi Keny Arroyo və Elan Ricardo üçün mətbuat konfransı təşkil etdi.

 

Keny Arroyo açıqlamasında bunları dedi:“Avropada futbol oynamaq mənim üçün uşaqlıq arzum idi. İlk oyuna çıxacağım günü səbirsizliklə gözləyirəm. Bu, mənim üçün xəyalımın gerçəkləşməsi olacaq. Türkiyədə oynayan futbolçuları izləmişəm. Türkiyə futbolunu bir qədər Ekvador futboluna bənzədirəm. Buradakı müdafiəçilərin sərt oyun sərgilədiyini bilirəm. Əgər sürətli və çevik olsanız, onların öhdəsindən gələ bilərsiniz. Öz sürətimə və çevikliyimə güvənirəm. “Beşiktaş” mənim üçün bir xəyal idi. 10 nömrəli formanı geyinməyin məsuliyyətini dərk edirəm. Qorxum yoxdur, meydana çıxdığımda bunu görəcəksiniz".

 

Elan Ricardo isə bunları söylədi: “Xəyalımı reallaşdırmağımda mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Azarkeşlərə mesajım budur: Biz bura qalib gəlməyə və uğur qazanmağa gəldik. Mən yarımmüdafiədə bütün mövqelərdə oynaya bilərəm. Ole Gunnar Solskjaer mənə hansı tapşırığı verərsə, onu yerinə yetirərəm. Buraya gəlməzdən əvvəl Türkiyədə oynayan futbolçularla danışmamışam, amma burada olmaq qürurvericidir. “Beşiktaş”ın təklifi məni inanılmaz həyəcanlandırdı. Qarşımızda nə varsa, qazanmaq üçün mübarizə aparacağam. Buraya gəlməmişdən əvvəl də yüksək səviyyələrdə futbol oynamışam. Hər şeyin fərqindəyəm. Dünya səviyyəsində futbol oynamağın nə demək olduğunu yaxşı bilirəm və inkişaf etmək üçün əlimdən gələni edəcəyəm".

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli