“Manchester City”- “Real Madrid” matçına yaraşan son!

Tarix: 20:02 12.02.2025
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Manchester City”-nin qonağı olan “Real Madrid”, son dəqiqədə vurduğu qolla rəqibini 3-2 hesabı ilə məğlub etdi.
Ev sahibi komandanın qollarını 19-cu və 80-ci (penalti) dəqiqələrdə Erling Haaland vurdu.
İspan nəhəngi isə 60-cı dəqiqədə Kylian Mbappe, 86-cı dəqiqədə Brahim Diaz və 90+2-ci dəqiqədə Jude Bellinghamın qolları ilə sevindi.
ARDA GÜLER EHTİYATDA QALDI
Türkiyə Milli ulduzu Arda Güler qarşılaşmaya ehtiyat oyunçular skamyasında başladı və meydana çıxmadı.
Bu nəfəskəsən böyük matçın cavab görüşü 19 fevral çərşənbə günü saat 23:00-da Estadio Santiago Bernabeu stadionunda oynanacaq.
Mənbə: beinsports
Aytac Mustafayeva