" Çin Şirkətləri Azərbaycana İnvestisiya Yatırmaqda Maraqlıdır"

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:28 12.02.2025

Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verən Prezident İlham Əliyev, Çin şirkətlərinin Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını bildirib.

 

Məsələ ilə bağlı iqtisadi ekspert Akif Nəsirli, “İnformator.az”a verdiyi açıqlamada bildirilib ki, Çin dövləti iqtisadiyyatı siyasət üzərində qurur, bu səbəbdən Çinin Azərbaycandakı iqtisadi maraqları çoxşaxəlidir:

 

" Çin, Azərbaycanın enerji və tranzit imkanlarından faydalana bilər. Ölkədə hələ istifadə olunmayan sərvətlər, məsələn, palçıq vulkanları potensialdır. Çin, həmçinin Orta Asiya ölkələrində, xüsusilə Qazaxıstanda, neft və qaz ehtiyatlarından enerji istehsal edib Avropaya təmiz enerji satmaq potensialına malikdir. Bu enerji bazarının diversifikasiyası həmin ölkələrə böyük sərmayə axını gətirə bilər.

Qara dənizinin dibi ilə çəkiləcək enerji kabeli vasitəsilə Orta Asiya və Azərbaycanın istehsal etdiyi elektrik enerjisi Avropaya daşınacaq, lakin layihə hələ reallaşmayıb. Almaniya, 2025-ci il üçün istehsal olunan elektrik enerjisinin 70%-ni alternativ mənbələrdən əldə etməyi hədəfləyir, bu da Avropa enerji bazarının dəyişəcəyini göstərir. 10-15 ildən sonra Avropaya enerji ixracı əvvəlki qədər aktual olmayacaq”.

 

Xanım Ağamalıyeva