“Arsenal”a ulduz futbolçu Kai Havertzdən şok xəbər!

Bölmə: İdman › ,
Tarix: 21:32 13.02.2025

İngiltərə Premyer Liqasında “Liverpool”un ardından ikinci pillədə qərarlaşan və zirvə mübarizəsini davam etdirən “Arsenal”a pis xəbər gəlib.

 

London klubunun açıqlamasına görə, Kai Havertz hamstring zədəsi səbəbindən mövsümü erkən başa vurub.

 

Dubayda keçirdiyi məşq zamanı zədələnən Havertz qısa müddət ərzində əməliyyat olunacaq.

 

Bu mövsüm komandası ilə 34 oyuna çıxan Havertz 15 qol vurub, 5 asist edib.

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli