"Jorgensen “Chelsea”nin bir nömrəli qapıçısıdır"-Mareska

Tarix: 22:42 13.02.2025
“Chelsea”nin baş məşqçisi Enzo Mareska, hazırda Filip Jorgensenin klubun bir nömrəli qapıçısı olduğunu bildirib.
22 yaşlı Jorgensen, “Chelsea”nin sonuncu Premyer Liqa oyununda Robert Sançezin yerinə West Hama qarşı start heyətində meydana çıxıb. Sançez bu mövsüm Premyer Liqada qola səbəb olan beş səhvlə liderlər arasında yer alır.
FA Kubokundakı Brighton məğlubiyyətində yenidən şans qazanan Sançez üçün Mareska, Jorgensenin əsas qapıçı olduğunu təsdiqləyib:
“Filipi meydana buraxmaq qərarımızın səbəbi həm də Robertə zehni və fiziki cəhətdən toparlanmaq üçün vaxt vermək idi”, – deyə Mareska bildirib.
“Amma qapıçını hər oyunda dəyişmək fikrində deyilik. Premyer Liqada Filip oynadı, FA Kubokunda isə Robert. Hazırda əsas qapıçımız Filipdir”.
Mareska əlavə edib: “West Ham matçından bir neçə gün əvvəl Robertlə danışdım və Filipin oynayacağını bildirdim. O vaxtdan bəri Robertlə yenidən bu mövzuda danışmamışam. Filiplə də eyni vəziyyətdir. Hər ikisi vəziyyəti anlayır. Hazırda qərar budur, gələcəkdə görəcəyik”.
Mənbə: BBC Sport
Aytac Mustafayeva