Derbi dramı titul yarışına nə etdi?

Tarix: 22:45 13.02.2025
Elə görünürdü ki, “Liverpool” zirvədə doqquz xallıq fərq yaradacaq, amma James Tarkowski səhnəyə çıxdı.
“Everton”un müdafiəçisi son Merseyside derbisində dramatik bir bərabərlik qoluna imza ataraq “qırmızılar”ı heç-heçə ilə kifayətlənməyə məcbur etdi.
“Everton” azarkeşləri bu anı coşquyla qeyd etsələr də, nəticə eyni zamanda Arsenal azarkeşlərinə də ümid verdi, çünki onların komandası “Liverpool”u yaxalaya bilər.
Bütün komandalar artıq 24 oyun keçirdikdən sonra “Arsenal”ın “Liverpool”dan yeddi xal geri qaldığı və mövsümün sonuna 14 oyun qaldığı məlumdur.
“Liverpool” bu geriləməyə baxmayaraq ideal mövqedədir və komandanın kapitanı Virgil van Dijk BBC Sporta belə deyib:
“Əsas məsələ tamamilə özümüzə fokuslanmaqdır, başqalarının nə etdiyini və nə yazdığını düşünməməkdir. Mövsümün sonuna qədər hər oyun çətin olacaq, sonra isə yolun sonunda bunun yetərli olub-olmadığını görəcəyik".
“Amma biz özümüzü yaxşı mövqeyə qoymuşuq və mübarizəni davam etdirməliyik”.
Mənbə: BBC Sport
Aytac Mustafayeva