2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatında alkoqol qadağası olacaq

Bölmə: İdman › ,
Tarix: 18:21 14.02.2025

2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatında alkoqol qadağası tətbiq olunacaq.

 

Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Xalid bin Sultan Əl Səud Britaniyanın LBC radiosuna verdiyi açıqlamada:

“Biz mədəniyyətimizin sərhədləri daxilində qalan insanlara uyğunlaşmaqdan xoşbəxtik, lakin mədəniyyətimizi başqası üçün dəyişmək istəmirik”,- dedi.

Səfir təsdiqləyib ki, 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı zamanı Qətərdə müəyyən ərazilərdə spirtli içkilər satılsa da, Səudiyyə Ərəbistanında 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatı zamanı otellərdə, restoranlarda və ya stadionlarda spirt istehlakına icazə verilməyəcək.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova