“Fenerbahçe”də Jose Mourinhodan diqqətçəkən paylaşım!

Tarix: 21:07 14.02.2025
“Fenerbahçe”nin baş məşqçisi Jose Mourinhonun paylaşımı diqqət çəkib.
“Fenerbahçe”nin başında Avropa Liqasında keçmiş şagirdləri Jan Vertonghen, Casemiro və Nemanja Maticə rəqib olan Jose Mourinho paylaşımında bu ifadələri işlədib:
“Evimə qayıtdığımda bu formaları da kolleksiyama əlavə edəcəyəm. Övladlarım mənə qarşı mübarizə apardı".
Jose Mourinho bu mövsüm “Fenerbahçe”nin baş məşqçisi kimi; “Anderlecht” ilə oynadığı matçda JanVertonghen, “Manchester United” ilə qarşılaşmada Casemiro, “Olimpik Lyon” ilə keçirilən oyunda isə Nemanja Maticə rəqib olub.
Mənbə:Milliyət
Fatimə Abdulrəhimli