Lucas Torreiradan Okan Buruka dəstək!

Bölmə: İdman › ,
Tarix: 21:08 14.02.2025

“Galatasaray”ın “AZ Alkmaar”a 4-1 hesabı ilə məğlub olduğu oyundan sonra bəzi azarkeşlərin tənqid etdiyi Okan Buruka Lucas Torreira dəstək verib.

 

Uruqvaylı yarımmüdafiəçi sosial media hesabında paylaşım edərək Okan Buruka dəstəyini ifadə edib.

 

Lucas Torreira paylaşımında, “Həmişə sənin yanındayıq. Bu forma üçün sona qədər birlikdə mübarizə aparacağıq. Böyüksən” sözlərini yazıb.

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli