Neymar Avropaya qayıtmağı planlaşdırır

Tarix: 21:40 14.02.2025
“Santos”un hücumçusu Neymar yay transfer pəncərəsində Avropaya qayıtmaq istəyir. Bu barədə Cadena Ser məlumat yayıb.
Mənbənin məlumatına görə, braziliyalı futbolçu yenidən Avropa klubuna keçərək dünyanın ən yaxşı liqalarında oynamaq arzusundadır. Mövcud variantlar arasında onun tərəddüdsüz qəbul edəcəyi bir təklif var – bu da “Barselona”dır.
Qeyd olunur ki, Neymar karyerasını yenidən canlandırmaq üçün “Santos”a keçib. O, burada öz ən yaxşı oyununu göstərməyə çalışacaq.
Mənbə: Sport24
Aytac Mustafayeva