“Fenerbahçe”də Youssef En Nesyri fırtınası!

Bölmə: İdman › ,
Tarix: 21:56 17.02.2025

“Fenerbahçe”də son dönəmdə göstərdiyi performansla ön plana çıxan Youssef En Nesyrinin “Premyer Liqa” nəhənglərinin radarında olduğu bildirilir.

 

“Fenerbahçe”nin faslı ulduzunu “Premyer Liqa”dan nəhəng komandaların izlədiyi qeyd edilib. “Takvim”in xəbərinə görə, “Premyer Liqa” nəhəngləri “Arsenal” və “Manchester United” Youssef En Nesyrini yaxından izləməyə başlayıblar.

 

Yanvar transfer dönəmində Səudiyyə Ərəbistanı təmsilçisi “Al Nassr”ın transfer təklifi etdiyi Youssef En Nesyrini “Fenerbahçe” rəhbərliyi buraxmayıb. Youssef En Nesyri bu mövsüm “Fenerbahçe” forması ilə 35 oyuna çıxıb. 27 yaşlı hücumçu həmin qarşılaşmalarda 23 qol vurub və 4 məhsuldar ötürmə edib. Youssef En Nesyrinin “Fenerbahçe” ilə müqaviləsi 30 iyun 2029-cu ildə başa çatacaq. Faslı futbolçunun hazırkı bazar dəyəri 22 milyon avrodur.

 

“Malaga” akademiyasında yetişən Youssef En Nesyri daha sonra “Leganes” və “Sevilla”da çıxış edib. “Fenerbahçe” mövsüm əvvəlində Youssef En Nesyri üçün 19 milyon 500 min avro transfer haqqı ödəyib.

 

27 yaşlı hücumçu, Fransa milli komandasında 78 oyunda forma geyinib. Ulduz futbolçu həmin matçlarda 23 dəfə rəqib qapılarına yol tapıb.

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli