Papa Fransiskin sağlamlığı mürəkkəb klinik vəziyyətdir-Vatikan

Tarix: 22:45 17.02.2025
Vatikanın açıqlamasına görə, 88 yaşlı Papa Fransisk tənəffüs yollarında “polimikrob infeksiya” səbəbindən Romanın Gemelli xəstəxanasında müalicə alır və xəstəxanada qalmağa davam edəcək.
Keçən həftədən bəri bronxit simptomları olan Papa xəstəxanaya yerləşdirilib. Vatikan sözçüsü Matteo Bruni onun stabil olduğunu, lakin tam sağalması üçün istirahət etməli olduğunu bildirib. Buna görə də baş tutmalı olan ümumi qəbul iclası ləğv edilib. Papa son illərdə bir neçə dəfə sağlamlıq problemləri yaşayıb. 2023-cü ilin martında bronxit səbəbindən eyni xəstəxanada müalicə olunmuş, dekabrda isə səhhətindəki problemlər üzündən COP28 iqlim sammitinə qatılmayıb. Roma və dünyanın müxtəlif yerlərindən insanlar Papaya şəfa diləyir. Vatikan isə onun vəziyyəti ilə bağlı yenilənmiş məlumat yayacağını bildirib.
BBC News
Aydan Quliyeva