“Galatasaray” Avropada 37 ildən sonra bir ilkə imza atmaq istəyir!

Tarix: 19:30 19.02.2025
“Galatasaray”, “AZ Alkmaar” ilə oynanacaq oyunda 37 ildən sonra Avropada bir ilkə nail olmağı hədəfləyir.
UEFA Avropa Liqasının 1/8 final play-off mərhələsində ilk oyunda 4-1 hesabı ilə məğlub olan “Galatasaray”, sabah Hollandiyanın “AZ Alkmaar” komandasını İstanbulda qəbul edəcək və yeni bir “Neuchatel Xamax” uğuru qazanmağa çalışacaq.
UEFA Çempion Klublar Kubokunun 1988-1989 mövsümündə 3-cü turda İsveçrənin “Neuchatel Xamax” komandası ilə qarşılaşan “Galatasaray”, ilk oyunda səfərdə 3-0 hesabı ilə məğlub olmuşdu. Lakin 9 noyabr 1988-ci ildə keçirilən cavab görüşündə İstanbulda tarixi nəticə ilə 5-0 qalib gələrək adını 1/4 finala yazdırmışdı. İndi isə “AZ Alkmaar” qarşısında oxşar bir uğuru təkrarlamaq istəyir.
İlk oyunda alınan nəticə və sərgilənən oyun səbəbilə tənqidlərə məruz qalan “Galatasaray”, klub tarixində xüsusi yerə sahib olan “Neuchatel Xamax” qələbəsindən 37 il sonra yeni bir dönüş hekayəsi yazmağı planlaşdırır.
“AZ Alkmaar” matçı öncəsi “Galatasaray”ın UEFA turnirlərindəki statistikaları, Hollandiyanın bu mərhələ üçün daha şanslı olduğunu göstərir.
“Galatasaray”, UEFA Kuboku/UEFA Avropa Liqası və Çempion Klublar Kuboku/Çempionlar Liqası çərçivəsində indiyə qədər ilk oyunu səfərdə 3 və ya daha çox fərqlə uduzduğu 5 iki oyunluq mərhələdən yalnız birində növbəti tura yüksələ bilib.
“Galatasaray”ın bu cür vəziyyətlərdə tura yüksəldiyi yeganə hal, 1988-1989 mövsümündə Çempion Klublar Kubokunun 3-cü turunda “Neuchatel Xamax”ı mübarizədən kənarlaşdırdığı oyundur. Digər 4 oxşar qarşılaşmada isə sarı-qırmızılılar mərhələni keçə bilməyib.
“Galatasaray” bu 5 qarşılaşmadan 2-sində Hollandiyanın digər təmsilçisi “PSV” ilə üz-üzə gəlib və səfərdə 3-0 və 5-1 hesablı məğlubiyyətlərdən sonra İstanbulda keçirilən cavab oyunlarında turu gətirən nəticəni əldə edə bilməyib.
Mənbə:Milliyət
Fatimə Abdulrəhimli